General-mayor Hikmət HƏSƏNOV: Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpasıdır

“Cənab Ali Baş Komandana və xalqımıza minnətdarlığımı bildirirəm. Hədəfimiz tək Madagiz deyil.

Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunması, işğalda olan torpaqlarımızın azad edilməsi, bu problemin birdəfəlik olaraq həll olunmasıdır”.

“Azeri Defence”nin məlumatına görə bunu 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov AzTV-yə açıqlamasında bildirib.

“Əsgərlərdə döyüş ruhu yüksək səviyyədədir. Hamısı Vətən üçün öldürməyə və torpaqları azad etməyə hazırdırlar və bunu edirlər”.

Bir neçə gün sonra yubileyi olacaq general Həsənov onun üçün işğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük hədiyyə olmadığını vurğulayıb:

“İşğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük gözəl hədiyyə yoxdur. İnşallah o da olacaq. İnşallah, Ali Baş Komandamızını rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda itirilmiş ərazilərni bərpa edəcək”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş