General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq

Azərbaycan Ordusu Kəlbəcərə iki istiqamətdən – Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq.

“Azeri Defence”nin məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzində keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.

General Mahmudovun sözlərinə görə, Kəlbəcərə daxil olacaq Azərbaycan Ordusu ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək.

“Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi Mühəndis Qoşunlarımız tərəfindən minalardan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır”, – deyə H. Mahmudov bildirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş