General-mayor Natiq Əliyev: “Ötən il Silahlı Qüvvələrdə xəstəliklərdən ölüm faktı qeydə alınmayıb”

Azərbaycan Silahlı Qüvvələrində 2015-ci ildə xəstəliklərdən ölüm faktı qeydə alınmayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib.

Idarə rəisinin sözlərinə görə, ötən il soyuqdəymə xəstəliklərinin səviyyəsi 43%, mədə-bağırsaq xəstəlikləri isə 22%-dək azalıb.

N. Əliyev Azərbaycanda hərbi tibb sisteminin son illərdə daha da təkmilləşdiyini, bir çox xəstələrin müalicəsinin ölkədə həyata keçirildiyini qeyd edib.

“Əvvəllər hər il 20-30 nəfər hərbi qulluqçumuz əməliyyat olunmaq üçün Gülhanə Tibb Akademiyasına göndərilirdisə, hazırda bir nəfər xəstənin belə başqa yerə təxliyyəsinə ehtiyac yoxdur”, – deyə general vurğulayıb.

Idarə rəisinin sözlərinə görə, hazırda Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 60-a yaxın həkiminin vacib ixtisaslar üzrı təhsil alır.

KATEQORIYA:
Bu xəbəri paylaş