General-mayor Natiq Əliyev tibb müəssisələrinin rəhbərləri ilə görüşüb

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müharibə şəraitində hərbi həkim kadrlarının hazırlanmasının vacibliyini vurğulayan Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev qarşıda duran vəzifələrdən danışıb və şəxsi heyətin diqqətinə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını çatdırıb.

Sonra, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də öz növbəsində fakültənin maddi-texniki bazasından və tədris otaqlarında yaradılan şəraitdən razılığını bildirib. Müəllim və kursant heyəti ilə görüşdən məmnunluğunu ifadə edən rektor pedaqoji kollektivin bundan sonra da həm xidmətdə, həm də kadrların hazırlanmasında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Fəxrəddin Ağayev vurğulayıb ki, fakültənin müəllim və mütəxəssisləri bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək səviyyəli kadrlar hazırlayacaqlar.

KATEQORIYA:
Bu xəbəri paylaş