General Natiq Əliyev: “Koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür”

General Natiq Əliyev: “Koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür”

Mövsümi kəskin respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bunu “AzeriDefence”yə açıqlamasında Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev deyib.

General-mayor Natiq Əliyev bildirib ki, Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

“Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır”, – deyə N.Əliyev vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş