General Polad Həşimov haqqında kitab çap olunub

General Polad Həşimov haqqında kitab çap olunub

General-mayor Polad Həşimov haqqında “Polad Generalımız” adlı kitab çap olunub.

Azeri Defence saytının məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu özünün sosial media hesabında bildirib.

Oxucular general Polad Həşimov haqqında kitabı sabahdan “Qanun” nəşriyyatından əldə edə bilərlər. Kitab 2000 ədəd tam rəngli nəşr edilib. Əsasən məktəblilər, gənclər üçün tövsiyə edilən kitab pulsuzdur.

“İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun”, – deyə Şahbaz Xuduoğlu bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş