General-polkovnik Elçin Quliyev: Bayrağımızı işğal altında olan dövlət sərhədlərimizdə dalğaladıracağıq

Azərbaycan sərhədçisi olaraq məramımız toxunulmaz sərhəd, əqidəmiz dövlətçiliyimizə və Ali Baş Komandana sədaqətdir. “AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının buraxılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.Azərbaycan sərhəd mühafizəsinin döyüş hazırlığının yüksək səviyyədə olduğunu deyən general-polkovnik E. Quliyev sərhədçilərin qarşıya qoyulan tapşırıqları icra etməyə hazır olduğunu vurğulayıb.

“Əminəm ki, prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yaxın zamanlarda azad edəcəyimiz Azərbaycanın bütün kənd və şəhərlərində, sərhəd boyu bütün sərhəd zastavalarında üçrəngli dövlət bayrağımızı dalğalandıracaq, dövlətimizin ərazi bütövlüyünü təmin edəcəyik”, – deyə general bəyan edib.

Sərhəd Qoşunlarında həyata keçirilən işlərdən danışan DSX rəisi hazırda 112 binadan ibarət tikinti kompleksinin, o cümlədən 398 mənzilin tikintisinin aparıldığını, tikinti quruculuq işləri ilə yanaşı sərhəd mühafizəsinə müasir silahların, avadanlıqların, uçuş və üzmə vasitələrin tətbiqinin davam etdiyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş