
General Rüstəm Muradov: “Hadrut ətrafındakı vəziyyət sabitləşib”
Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib.
“Azeri Defence” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.
“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb. İndi durum sabitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər”, – deyə general-leytenant Rüstəm Muradov vurğulayıb.
KATEQORIYA: Xəbərlər