General Zaur Abdullayev: “On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək üçün bizə müraciət edir”

General Zaur Abdullayev: “On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək üçün bizə müraciət edir”

Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Azeri Defence saytının məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev deyib.

Zaur Abdullayev bildirib ki, vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş