Generallara yeni vəzifələr verildi

Azərbaycan Prezidentinin Administrasiyasında kadr dəyişikliyi olub. Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verib.

Dövlət başçısının imzaladığı sərəncamla prezidentin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əli oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

Başqa bir sərəncamla Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. M. Əliyevə general-leytenant hərbi rütbəsi verilib və o, həqiqi hərbi xidmətə qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş