Generalların qış papağı dəyişdi – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ali zabit heyəti bu ildən yeni səhra baş geyiminə keçib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rəhbər heyəti ilə keçirilən toplantıda yeni qış səhra baş geyimində görüntülənib.

Yeni papaq generalitetin bundan əvvəl istifadə etdiyi papağa bənzəyir və fərqi günlüyünün olmasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə bildirilib ki, yeni baş geyimi yalnız generalitet üçündür. Aşağı rütbəli zabitlər isə əvvəlki dizaynda papaqlardan istifadə edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş