Getac hərbçilər üçün B300 notebookunu təqdim edib

Getac şirkəti yüksək səviyyədə qorunmaya malik B300 hərbi notebookunu təqdim edib. Bu barədə “AzeriDefence” Getac şirkətinin saytına istinadən məlumat verib.

İntel Core i5/i7 əsasında yaradılan B300 67% faiz daha güclü və böyük resuslar tələb edən proqramlarla işləmək üçün nəzərdə tutulur.

Ekstremal şəraitdə (-29°C-dən 60°C tempraturadək) istismar üçün layihələşdirilmiş yeni notebook toz yığmır, suyun altında işləyə bilir. B300-ün muxtar işi vaxtı 30 saat təşkil edir. Ekran yüksəldilmiş parlaqlıqla (1400 nit) fərqlənir. Onda günəş şüaları altında belə işləməyə imkan verən QuadraClear mövcuddur.

Getac B300 notebookunun maqnezium korpusu düz zərbələrə, düşməyə, müxtəlif güclü vibrasiyalara və suyun təsirinə dözür. Notebook partlayış təhlükəsi olan mühitlərdə sınaqlardan keçirilib. Getac B300 həmçinin yüksək qaz ilə çirklənmə şəraitində işləyə bilər. B300 MIL-STD-461F, MIL-STD-810G və MIL- STD-3009 standartlarına uyğundur.

KATEQORIYA:
Bu xəbəri paylaş