Giləzi və Sitalçaydan əhali təxliyə olunub – Müdafiə Nazirliyinin rəhbərliyi hadisə yerindədir – FOTO

Müdafiə Nazirliyinin hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

“AzeriDefence”nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hadisə yerinə gəlib.

KATEQORIYA:
Bu xəbəri paylaş