Giləzidə 136 ədəd partlayıcı sursat aşkarlanıb – FOTOSESİYA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, oktyabrın 27-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ev və həyatyanı sahəyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib. Əməliyyat axtarış zamanı 136 ədəd partlamamış hərbi sursat (PHS), 138 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 600 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 986 900 kv.m (98.69 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 55 gün ərzində 12 ev, 47 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib

Əməliyyat axtarış zamanı 13 549 ədəd partlamamış hərbi sursat (PHS), 5 800 ədəd partlamış-yanmış sursat qalıqları və 51 958 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 54 887 158 kv.m (5 489 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş