Gömrük-buraxılış məntəqələrində 600-ədək kamera qurulub

Qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizənin effektliliyini təmin etmək məqsədi ilə Azərbaycanın gömrük-buraxılış məntəqələrində və daxili gömrük orqanlarında 600-dək kamera qurulub. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

«Kameralar asitəsilə gömrük nəzarəti zonalarını birbaşa müşahidə etmək, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında və digər məlumat bazalarında qeydə alınan məlumatları on-layn rejimdə əldə etmək imkanına malik olmaqla hüquqpozmalara qarşı mübarizənin müasir tələblər səviyyəsində aparılması üçün əlverişli imkanlar yaradılıb», deyə komitədən bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş