Goranboyun Yuxarı Ağcakəndində top mərmiləri tapılıb – FOTO

Goranboyun Yuxarı Ağcakəndində top mərmiləri tapılıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Azeri Defence saytının ANAMA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 30 mm-lik zenit top mərmisi (BZT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 50 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş