“Grey Wolf” silahlanmaya qəbul edilib

“Grey Wolf” silahlanmaya qəbul edilib

“Palladium Defence and Security Solutions” şirkəti 7.62×39 mm çaplı “Grey Wolf” markalı avtomatların ilk partiyasını güc strukturlarına təhvil verməyə hazırlaşır.

Şirkətdən “Azeri Defence”ə verilən məlumata görə, hərbi və hüquq-mühafizə strukturlarının müxtəlif şəraitlərdə keçirdiyi sınaqlarda avtomatın texniki-taktiki xüsusiyyətləri doğrulanıb və silahlanmaya qəbuluna qərar verilib.

M-4 platforması əsasında yaradılmış 7.62×39 mm “Grey Wolf” avtomatlarında qaz boru sistemi olunub. Silahın lüləsinin uzunluğu 35.56 sm, çəkisi 3.4 kq, atış uzaqlığı 800 metr təşkil edir. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd istiqamətdə pikatini relsləri mövcuddur ki, bu da silaha müxtəlif aksesuarlar qurmaq mümkündür. Avtomat rahat erqonomikası ilə fərqlənir.

Modulyar dizayna malik silahın qundağı sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, müxtəlif şirkətlərin istehsal etdikləri hazır qundaqlarla əvəzlənə bilir. Avtomatın lüləsi və işlək mexanizmləri dəyişdirilə bilir ki, bu da silahın hər hansı bir mexanizmi sıradan çıxdıqda onun qısa zamanda yenisi ilə əvəz edilməsinə imkan yaradır.

Qeyd edək ki, artıq “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən .308 kalibr “Grey Wolf” markalı snayper tüfənginin ilk partiyası bu yaxınlarda güc strukturlarının silahlanmasına verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş