Gürcüstan 2021-ci ildə “Javelin” raket kompleksləri alacaq

Gürcüstan 2021-ci ildə “Javelin” raket kompleksləri alacaq

Gürcüstan 2021-ci ildə ABŞ-dan “Javelin” tank əleyhinə raket komplekslərinin növbəti partiyasını almağı planlaşdırır.

“Azeri Defence”nin məlumatına görə, bunu Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

Müdafiə naziri bildirib ki, Gürcüstan Silahlı Qüvvələrinin inventarına yer alan “Javelin” komplekslərinin tədarükü növbəti illərdə də davam edəcək.

Qeyd edək ki, 2017-ci ilin noyabr 17-də ABŞ Dövlət Departamenti Gürcüstana FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Müqaviləyə əsasən ABŞ Gürcüstan Ordusuna 75 milyon dollar dəyərində 410 ədəd “Javelin” raketi, 72 ədəd buraxıcı qurğu, habelə ehtiyat hissələr, 70 simulyator çatdırılması planlaşdırılırdı.

Müqavilə çərçivəsində 2018-ci ildə Gürcüstan ABŞ-dan “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin ilk partiyasını alıb.

“Javelin” raket kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş