Gürcüstan Çadın Mi-24 helikopteri və Su-25 təyyarələrini təmir edir

Gürcüstan Çadın Mi-24 helikopteri və Su-25 təyyarələrini təmir edir

Gürcüstanın “Tbilaviamşeni” aviasiya zavodu tərəfindən Çad Hərbi Hava Qüvvələrinin Su-25UB döyüş təyyarələri əsaslı təmir edilir.

Azeri Defence saytının məlumatına görə, bu barədə “Scramble.nl” nəşri xəbər yayıb.

Məlumatda bildirilib ki, Çad Hərbi Hava Qüvvələrinə məxsus ən azı iki ədəd Su-25 təyyarəsi və bir Mi-24 döyüş helikopteri təmir üçün “Tbilaviamşeni” müəssisəsinə gətirilib.

Tbilisidəki “Tbilaviamşeni” müəssisəsinin aerodromunda Su-25UB (Çad qeydiyyatı TT-QAH) döyüş təyyarəsinin uçuş görüntüləri paylaşılıb.

Yayılan görüntülərdən göründüyü qədər Su-25UB döyüş təyyarəsinin təmiri başa çatdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş