Gürcüstan Ordusunda radikal addım: Hərbi struktur döyüş təyyarələrindən imtina edir

Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargah rəisindən maraqlı açıqlama 

Sovet aviasiya sənayesinin istehsalı olan Su-25 döyüş təyyarələri Gürcüstan Hərbi Hava Qüvvələrinin texnika parkından çıxarılır.

“AzeriDefence”nin məlumatına görə, Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Vladimir Çaçibaya deyib ki, buna səbəb Su-25 döyüş təyyarələrinin ehtiyat hissələri Rusiyaya məxsus müəssisələrdə istehsal olunur. Gürcüstanın isə bu ölkədən hərbi sənaye məhsulları alması mümkünsüz hal alıb.

Onun sözlərinə görə, bu təyyarələri daim sırada saxlamaq dövlətə baha başa gəlir. Həmçinin,Su-25 müasir şərtlərə də cavab vermir:

“Biz bilirik ki, rusların növbəti aqressiyası baş verərsə 10 dəqiqə ərzində Rusiyanın bizim istənilən döyüş aviasiyasını məhv edəcək. Buna görə də biz hərbi aviasiya sahəsində bir sıra islahatlar aparacağıq. Hesab edirəm ki, ən uğurlu yol pilotsuz uçuş aparatlarına üstünlük verilməsidir. Bu aparatdan bütün məqsədlər üçün istifadə etmək rahatdır”.

Baş qərargah rəisinin fikrincə, bu metod dövlətə həm az başa gələcək, həm də PUA sektoru inkişaf edəcək:

“Bir də ki, həmin döyüş təyyarələri faktiki olaraq istifadə olunmur. Onları külli miqdarda vəsait xərcləməklə saxlamağın mənası yoxdur”.

Onun sözlərinə görə, Gürcüstan aviasiya parkı PUA və helikopterlərdən komplektləşməlidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş