Gürcüstan Fransadan “GroundMaster GM 200” radarı alır
Fransanın paytaxtı Paris şəhərində keçirilən aviaşou çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi “ThalesRaytheonSystems” şirkəti arasında “GroundMaster GM 200” radarlarının alğı-satqısına dair müqavilə imzalanıb.
“AzeriDefece”nin məlumatına görə, müqavilənin detalları və sayı dəqiqləşdirilmir.
“Janes” nəşrinin məlumatına görə, hazırda Gürcüstan “Thales” şirkəti ilə “Crotale NG Mk 3” zenit-raket komplekslərinin və digər Hava Hücumundan Müdafiə sistemlərinin əldə edilməsinə dair danışıqlar aparır.