Gürcüstan Fransadan “Mistral” zenit-raket kompleksləri alır

Gürcüstan və Fransa arasında “Mistral” zenit-raket komplekslərinin (ZRK) alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin “Vzqlayd” qəzetinə istinadən verdiyi xəbərə görə, “Mistral” ZRK-nin alınması Gürcüstan və Fransa arasında 2015-ci ildə imzalanan hərbi-texniki əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

Müqaviləyə əsasən Fransanın “Mistral” zenit-raket kompleksləri 2018-ci ildə Gürcüstan Silahlı Qüvvələrinə təhvil veriləcək.

“Mistral” az hündürlükdən uçan hekikopterlərin və təyyarələrinin məhv edilməsi üçün nəzərdə tutulub. 1987-ci ildə Fransanın Quru Qoşunlarının silahlandırılmasına qəbul edilən ZRK-nin 2000-ci ildə “Mistral 2” versiyası hazırlanıb. ZRK-nin hər iki modifikasiyası hazırda dünyanın 25 ölkəsində yer almaqdadır. “Mistral” raket kompleksinin çəkisi 20 kq, uzunluğu 1.8 metr, atış məsafəsi 500-6000 metr təşkil edir.

Tiflisin “Kviris Palitra” həftəlik nəşrinin məlumatına görə, Gürcüstan həmçinin, Fransadan mobil radar stansiyaları da alacaq.

Qeyd edək ki, ötən ay ABŞ Dövlət Departamenti Gürcüstana dəyəri 75 milyon dollar olan FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Həmçinin bax – ABŞ Gürcüstana “Javelin” raketləri verəcək

 

KATEQORIYA:
Bu xəbəri paylaş