
Gürcüstan hərbi aviasiya parkını təkmilləşdirir
Gürcüstan Silahlı Qüvvələrin aviasiya parkında yer alan Su-25 döyüş təyyarələri və Mi-24 döyüş helikopterlərinin modernləşdirilməsinə başlayıb.
Bu barədə Azeri Defence saytı Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Gürcüstanın Müdafiə Nazirliyinin həyata keçirdiyi aviasiyanın inkişafı layihəsi çərçivəsində Su-25 döyüş təyyarələri və Mi-24 döyüş helikopterləri Marneuli aviabazasında sökülərək əsaslı təmir üçün aviasiya zavoduna təhvil verilib.
Aviasiya parkının yenilənməsi prosesi müvafiq plan-cədvələ uyğun olaraq, “Tbilaviamşeni” və “Delta” ilə birlikdə həyata keçirilir. Layihə çərçivəsində aviasiya vasitələrinin bərpası-reabilitasiyası-modernləşdirilməsi ilə paralel olaraq, yeni kadrların hazırlanması, həmçinin müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.