Gürcüstan hərbçiləri Azərbaycanın hazırladığı pilot testlərlə qiymətləndiriləcək

Noyabrın 7-də Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşün keçirilməsində məqsəd tərəfdaş ölkələr arasında NATO-nun STANAG 6001 standartına uyğun olan ingilis dili testlərinin tətbiqində təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ingilis dili üzrə biliklərinin Azərbaycan tərəfinin hazırladığı pilot testlərlə qiymətləndirilməsinə dair razılıq əldə olunub.

Vaziani hərbi bazasında keçiriləcək pilot testlərinin ilk mərhələsində Gürcüstan Silahlı Qüvvələrinin 30 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş