Gürcüstan “Kalaşnikov” pulemyotunu ABŞ silahı ilə əvəzləyir

Gürcüstan Silahlı Qüvvələrinin istismar etdiyi Rusiyanın “Kalaşnikov” Konsernin istehsalı olan PK – 7,62 mm çaplı pulemyotlar ABŞ istehsalı olan M240 tipli pulemyotlarla əvəz olunur.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilib.

Məlumatda qeyd olunub ki, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (Joint Training and Evaluation Centre/JTEC) yaranmasının ikinci il dönümü münasibətiylə keçiriləcək tədbirdə M240 tipli pulemyotlarla test atışları keçiriləcək.

M240 pulemyotları NATO standartlarına uyğun özəlikləri özündə daşıyır.

KATEQORIYA:
Bu xəbəri paylaş