Gürcüstan milli PUA-sını təqdim etdi – FOTO

Lazika, RAS və PUAİlin əvvəlindən hərbi sənaye sektorunda həyata keçirdiyi bir sıra əhəmiyyətli layihələri ictimaiyyətə təqdim edən Gürcüstan aprelin 10-da yerli mühəndislər tərəfindən hazırlanmış pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib. Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

PUA-nın təqdimatına Gürcüstan prezidenti Mixeil Saakaşvili də qatılıb. Prezidentə PUA barədə məlumat verilib və bildirilib ki, yeni sistem ekstremal ərazi və hava şəraitində sınaqdan keçirilib. Aparat yerdən Nəzarət-İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Daxili yanma mühərriki ilə təchiz edilmiş PUA-nın havaya qalxması pnevmatik katapult vasitəsilə həyata keçirilir.

Təqdimatda qeyd olunub ki, pilotsuz uçuş aparatı sərhəd nəzarət, kəşfiyyat/müşahidə, hava fotoqrafiya, geofiziki kəşfiyyat, fəlakətlərin monitorinqi, sahil mühafizə xidməti, radiasiya dozasının təyini, gündüz və gecə kəşfiyyat, döyüş meydanının monitorinqi, hədəflərin təyini və işarələnməsi və s. məqsədlər üçün istifadə oluna bilər.

PUA-nın faydalı yükünə fotokamera, termal kamera və infraqırmızı kamera daxildir.

Başlanğıc mərhələdə 8 saat havada qala bilən PUA-nın uçuş hündürlüyü 100 -3000 metr, sürəti 60 – 160 km /saatdır. Enmə zamanı PUA paraşüt açılmasından istifadə enir. Onun təchiz edildiyi hava yastığı isə aparatın yerə düşərkən zədələnməsinin qarşısını alır.

KATEQORIYA:
Bu xəbəri paylaş