Gürcüstan modernləşdirilmiş növbəti Su-25-in uçuş sınaqlarını keçirib

Gürcüstan modernləşdirilmiş növbəti Su-25-in uçuş sınaqlarını keçirib

Gürcüstan Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş ikinci Su-25 döyüş təyyarəsinin sınaq uçuşları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Su-25 təyyarəsinin modernizasiyası Gürcüstan Müdafiə Nazirliyinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının iştirakı və nəzarəti altında “Tam ASC Tbilaviamsheni” ilə “SSTC Delta”-nın birgə əməkdaşlığı şəraitində həyata keçirilib.

Qeyd edək ki, Su-25 təyyarələrinin təkmilləşdirilməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyi və “Tam ASC  Tbilaviamsheni” arasında müqavilə 2020-ci ilin iyul ayında imzalanıb.

Müqaviləyə əsasən 2020-ci ilin avqust ayından başlanan Su-25-lərin əsaslı təmir və modernizasiya işləri 2022-ci ilin sonuna kimi başa çatacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş