Gürcüstan Ordusu 500-dən çox yeni nəqliyyat vasitəsi alacaq

Gürcüstan Ordusu 500-dən çox yeni nəqliyyat vasitəsi alacaq

Gürcüstan NATO ölkələrinin istehsalı olan 500-dən çox yeni nəqliyyat vasitəsi alacaq.

“AzeriDefence”nin bildirdiyinə görə bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Gürcüstan Ordunun istifdəsində olan köhnəlmiş nəqliyyat vasitələrini tam şəkildə yeniləməyi planlaşdırır. Nazirliyin yaydığı məlumata görə, yeni proqram çərçivəsində Almaniyanın MAN, İtaliyanın “Iveco” və Amerikanın “Ford” şirkətlərinin istehsal etdiyi müasir nəqliyyat vasitələri alınacaq. Proqram ordunu avtotexnika ilə təchiz etmək və müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır.

Xüsusi texnikanın dəyəri Müdafiə Nazirliyi tərəfindən mərhələlərlə bir neçə il ərzində ödəniləcək.

“Yeni xüsusi avadanlıqların alınması həm də səmərəlilik baxımından vacib bir qərardır. Çünki köhnəlmiş texnikanın saxlanması və təmiri il ərzində milyonlarla lari xərc tələb edir. Eyni markalı nəqliyyat vasitələrinə sahib olmaq, gələcək illərdə xüsusi avadanlıqların idarə edilməsini və saxlanmasını xeyli asanlaşdıracaq”, – deyə Nazirlik bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş