Gürcüstan Ordusu M249 pulemyotları ilə təchiz edilir

Gürcüstan Ordusu M249 pulemyotları ilə təchiz edilir

Gürcüstan Müdafiə Qüvvələrinin ABŞ istehsalı olan 5.56 mm çaplı M249 pulemyotları ilə təchiz edilməsi prosesinə başlanıb.

Bu barədə “Azeri Defence” saytı Gürcüstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili və Gürcüstan Müdafiə Qüvvələrinin Komandanı general-mayor Giorgi Matiaşvilinin 4-cü Vaziani Mexanikləşdirilmiş Briqadasına səfəri zamanı pulemyotların təqdimatı keçirilib.

Birinci mərhələdə M249 pulemyotları Gürcüstan Müdafiə Qüvvələrinin təlim və hərbi təhsil komandanlığına veriləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş