Gürcüstan Ordusu yeni PUA-lar əldə edəcək

Gürcüstan Ordusu yeni PUA-lar əldə edəcək

Gürcüstan Silahlı Qüvvələri 2021-ci ildə yeni kəşfiyyat-müşahidə və zərbə xarakterli pilotsuz uçuş aparatları (PUA) alacaq.

“Azeri Defence”nin məlumatına görə, bunu Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili deyib.

İ.Qaribaşvili bildirib ki, yaxın gələcəkdə müasir PUA-ların alınması Gürcüstan Silahlı Qüvvələrinin artilleriya bölmələrinin döyüş imkanlarını artıracaq.

İ.Qaribaşvilinin sözlərinə görə, Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında Gürcüstan Ordusunun hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri “Rafael” şirkəti tərəfindən modernləşdiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş