Gürcüstan Ordusu yeni silahlarla təchiz edilib

Gürcüstan Ordusu yeni silahlarla təchiz edilib

ABŞ-ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri yeni tip pulemyot və qumbaraatanlar əldə edib.

Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Gürcüstan Müdafiə Qüvvələri ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pulemyotları və yeni MK 19 tipli avtomatik qumbaraatanlarla təchiz edilib.

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) adı çəkilən silahların atış testləri keçirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş