Gürcüstan Ordusu yeni “Toyota” maşınları ilə təchiz edilib

Gürcüstan Ordusu yeni “Toyota” maşınları ilə təchiz edilib

Gürcüstan Silahlı Qüvvələri Yaponiyanın “Toyota” şirkətinin istehalı olan yeni nəqliyyat vasitələri ilə təchiz edilib.

Bu barədə Azeri Defence saytı Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Conni Tatunaşvilinin iştirakı ilə Orxevi bazasında “Toyota Hilux” pikap və “Toyota Land Cruiser” yolsuzluq avtomobilləri müdafiə qüvvələrinin bölmələrinə təhvil verilib.

General Conni Tatunaşvili yeni avtomobillərin müdafiə qüvvələrinin imkanlarını yaxşılaşdıracağını və NATO standartlarına uyğunluğunu asanlaşdıracağını deyib.

“Yeni nəqliyyat vasitələrinin tədarükü Müdafiə Nazirliyi ilə müvafiq tenderlərdə qalib gələn şirkətlər arasında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Bunların arasında dünya və Avropanın aparıcı şirkətləri – Almaniyanın MAN, İtaliyanın IVECO və Amerikanın FORD şirkətləri var”, – deyə Baş Qərargah rəisi bildirib.

Məlumatda o da qeyd olunub ki, xüsusi texnikaların ödənişi Müdafiə Nazirliyi tərəfindən bir neçə il ərzində mərhələli formada ödəniləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş