Gürcüstan Ordusu yerli istehsal olan 40 zirehli maşın alıb

Gürcüstan Müdafiə Qüvvələri yerli müəssisədə istehsal edilmiş 40 ədəd 4×4 təkər formuluna sahib “Didqori” AMEV zirehli sanitar maşın alıb.

Bu barədə “Azeri Defence” saytına Gürcüstanın “STC Delta” Mərkəzindən məlumat verilib.

Zirehli maşınlar oktyabrın 7-də orduya təhvil verilib.

Bu, yerli istehsal olan zirehli nəqliyyat vasitələrinin Gürcüstan Ordusuna ilk böyük miqyaslı tədarüküdür.

“Didqori” AMEV zirehli sanitar maşın “Ford F-550” şassisində hazırlanıb. Gürcüstan adıçəkilən nəqliyyat vasitəsini 2016-cı ildə Səudiyyə Ərəbistanına, 2018-ci ildə isə İndoneziyaya ixrac edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş