
Gürcüstan “Otokar” şirkəti ilə müqavilə bağlayıb
Türkiyənin “Otokar” şirkəti ilə Gürcüstanın Bələdiyyə İnkişaf Fondu arasında təxminən 18,7 milyon avro dəyərində müqavilə imzalanıb.
Bu barədə “AzeriDefence”ə “Otokar” şirkətindən məlumat verilib.
Müqavilə çərçivəsində “Otokar” şirkəti Gürcüstana 175 ədəd avtobus və onların ehtiyat hissələrini tədarük edəcək.
Müqaviləyə əsasən 6 fərqli şəhərdə istifadə ediləcək 117 ədəd “Sultan LF” və 58 ədəd “Kent LF” avtobusunun 2020-ci il içərisində sifarişçiyə çardırılmasına başlanılacaq.
KATEQORIYA: Xəbərlər