Gürcüstan qanunlara dəyişiklik edir: qadınlar üçün hərbi xidmət məcburi olacaq

Gürcüstan parlamentində qadınların məcburi hərbi xidmətə çağrılması haqqında qanun layihəsi qeydiyyata alınıb.

“AzeriDefence”nin Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, qanun layihəsini parlamentə vətəndaş təşəbbüsü olaraq daxil olub.

“Məcburi hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edən İ. Barbakadze bu prinsipləri “Gender bərabərliyi haqqında” qanunun müddəalarını əsas tutaraq təklif edib.

Məlumatda o da qeyd olunub ki, mövcud qanunvericiliyə görə, Gürcüstan Ordusunda qadınların könüllü şəkildə xidmət etmək hüququ var.

Hazırda, Gürcüstanda 18 yaşdan 27 yaşa qədər olan vətəndaşlar məcburi hərbi xidmətə çağırılır.

Qeyd edək ki, ekspertlər sözügedən qanun layihəsini mənfi qiymətləndiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş