Gürcüstan raketəleyhinə sistemin yaradacaq

“Gürcüstanın minaatanlar, avtomatlar, minomyotlar, tankəleyhinə silahlar, o cümlədən raketəleyhinə sistem yaradacağı mümkün olacaq”.

“AzeriDefence”nin məlumatına görə, bunu Gürcüstan prezidenti Mixael Saakaşvili “Delta” hərbi istehsalat birliyində olarkən deyib.

Hərbi avadanlıqların istehsalında maraqlı olduqlarını söyləyən M. Saakaşvili bu istiqamət üzrə əhəmiyyətli işlərə başlanıldığını da qeyd edib: “Biz hərbi texnikanın istehsalına başladığımız zaman bəlli oldu ki, bunun üçün yalnız yaxşı təşkilatçılığa ehtiyac var. Dövlət zavodları, həmçinin aviasiya zavodunu öz nəzarətinə götürdükdən sonra isə minaatan, avtomat, minomyot, tankəleyhinə silahın istehsalının mümkünlüyü də aydın oldu. Əminəm ki, əgər biz yaxşı işləsək, raketəleyhinə sistem də istehsal edə bilərik”.

Onun sözlərinə görə, gələcəkdə Gürcüstan rus döyüş təyyarələrindən daha yaxşı pilotsuz uçuş aparatlarına (PUA) da sahib olacaq: “Ötən gün biz pilotsuz uçuş aparatlarını sınaqdan çıxardıq. Bəziləri bunun oyuncaq hesab edirdilər. Gələcəkdə özümüzdə də analoji uçuş aparatı istehsal olunacaq və bu texnika uzun zaman silahlanmada öz yerini saxlayacaq. Bu aparat köhnə rus döyüş təyyarələrindən daha yaxşı olacaq”.

M. Saakaşvili eletrotexnika sahəsində yeniliklərə başlanıldığını da söyləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş