Gürcüstan Səudiyyə Ərəbistanına zirehli maşınların ilk partiyasının ixracına hazırlaşır

Gürcüstan Səudiyyə Ərəbistanı ilə imzalanmış müqavilə çərçivəsində zirehli nəqliyyat vasitələrinin ilk partiyasını yanvarın 30-da sifarişçiyə göndərəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Gürcüstanın “Delta” Dövlət Müdafiə Elmi-Texniki Mərkəzi məlumat yayıb.

Şənbə günü – yanvarın 30-da müqavilə üzrə ilk 12 ədəd “Didgori” maşını Səudiyyə Ərəbistanına ixrac ediləcək.

Təxmini məbləği 100 milyon lari (40 milyon USD) məbləğində açıqlanan müqavilə çərçivəsində Gürcüstan Səudiyyə Ərəbistanına ümumilikdə 100 ədəd müxtəlif zirehli nəqliyyat vasitəsini ixrac etməlidir.

Birinci partiyada böyük ehtimalla “Didgori” zirehli nəqliyyat vasitələrinin MEDVEAC konfiqurasiyası yer alacaq.

Səudiyyə Ərəbistanının 2014-cü ildə elan etdiyi tenderdə zirehli maşınların istehsalı üzrə ixtisaslaşmış “Oshkosh”, “Streit Group”, AIG, “Steyr”, Lenco BEARCAT və “Delta” iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş