Gürcüstan silahlarını nümayiş etdirdi – FOTO

Son biri neçə ayda hərbi sənayesinin imkanlarını sərgiləyən Gürcüstan minaatan, qumbaraatan və onların döyüş sursatlarının istehsalına başladığını açıqlayıb. “AzeriDefence”nin məlumatına görə, ötən gün Gürcüstan prezidenti Mixeil Saakaşvilinin “Delta” Hərbi-Elmi Texniki Mərkəzinin müəssisəsinə səfəri zamanı ölkədə istehsal olunmuş bir sıra silahlar sərgilənib.

Nümayiş etdirilən silah və texnikalalar arasında 40 mm çaplı qumbaraatan və onun mərmiləri, eyni ölçülü lülə altı qumbaraatan, 40 və 60 mm-lik minaatanlar və mərmiləri, zirehli avtomobil və TAM Jet markalı təyyarə olub.

Prezident Saakaşvili bildirib ki, Gürcüstan müəssisələri raket əleyhinə sistemlərin də istehsalını həyata keçirəcək.

Mərkəzdə bildirib ki, yaxın bir il ərzində silahlandırılmış pilotsuz uçuş aparatlarının da istehsalına başlamaq planlaşdırılır.

Qeyd edək ki, Gürcüstan hərbi sənayesi bu ilin fevral və mart aylarında yerli istehsal olan “Lazika” adlı piyadaların döyüş maşınını, reaktiv atəş sistemini və aprelin 10-da pilotsuz uçuş aparatını təqdim edib. Ötən il isə may ayında Tiflisdə keçirilən hərbi paradda “Didgori-1” və “Didgori-2” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş