Gürcüstan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli zabiti istefa verib

Gürcüstan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi istefa verib.

“AzeriDefence”nin “Sputnik-Georgia” agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanın Hava Hücumundan Müdafiə Qərargahının rəhbəri Georgiy Çabadze və Hərbi Hava Qüvvələrinin komandanı Serqo Ninua vəzifə təyinatlarından bir həftə sonra istefa veriblər.

Agentlik yazır ki, hər iki şəxs müxalifətdə olan Vahid Milli Hərəkat partiyası ilə əlaqədə ittiham edilmələri ilə bağlı vəzifələrini tərk edib.

İttihamlarla razılaşmayan Serqo Ninua kampaniyanın əslində Hərbi Hava Qüvvələrində planlaşdırılan islahatlara mane olmaq məqsədi güddüyünü deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş