Gürcüstan vətəndaşlarından Dağlıq Qarabağdakı separatçılara hərbi yardım – FOTO

Gürcüstan Respublikasının vətəndaşı olan ermənilər aprel döyüşlərindən sonra Dağlıq Qarabağdakı erməni separatçı hərbi birləşmələrinə yardım kampaniyaları təşkil edir.

“AzeriDefence”nin erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu yaxınlarda Gürcüstanın Axalkələk (ermənilərin Cavaxak adlandırdığı) rayonunun Alastan kəndində yaşayan bir qrup erməni tərəfindən yardım olaraq Dağlıq Qarabağa 5 ədəd gecəgörmə cihazı göndərilib.

Erməni bloqqer Arşak Zaxaryan bundan əvvəl Gürcüstanın adıçəkilən kəndinin sakinləri tərəfindən həyata keçirilmiş yardım kampaniyasında Dağlıq Qarabağdakı hərbi hissəyə mövqelərdə qarı təmizləmək üçün texnikanın göndərildiyini bildirib.

Yardım kampaniyasını Alasan kəndinin sakini Petros Kodjoyan təşkil edib və təşəbbüsdə 58 alastanlı erməni iştirak edib.

Qeyd edək ki, əvvəllər də Axalkələk erməniləri tərəfindən Dağlıq Qarabağdakı separatçılara dəstək üçün açıq kampaniyaların keçirilməsinə, bu aksiyalar barədə mediada informasiyaların yer almasına baxmayaraq Gürcüstan rəsmiləri vətəndaşlarının bu hərəkətinə göz yumub və tədbir görməyib.

hay

KATEQORIYA:
Bu xəbəri paylaş