Gürcüstanda ABŞ-Gürcüstan hərbi təlimləri başlayıb.

Gürcüstanın Vaziani poliqonunda başlayan “Agile Spirit 2012” ABŞ-Gürcüstan hərbi təlimləri martın 10-dan 24-dək davam edəcək.

“AzeriDefence”nin məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, təlimlərdə amerikanın dəniz piyadaları və Gürcüstan Silahlı Qüvvələrinin quru qoşunlarının 4-cü piyada briqadası iştirak edəcək. Təlimin məqsədi iki ölkənin hərbi birləşmələrinin əməkdaşlığını dərinləşdirmək, genişləndirmək, hərbçilər arasında təcrübə mübadiləsi aparmaq, o cümlədən sülhməramlı əməliyyatlarda və qiyamçılarla mübarizə iştirak etməkdir. Təlim zamanı hərbi texnikanın imkanlarından istifadə və partlayıcı maddələrin zərərsizləşdirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.

Qeyd edək ki, Gürcüstan-ABŞ silahlı qüvvələri arasında “Agile Spirit” təlimləri ilk dəfə 2011-ci ilin iyulunda keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş