Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu başa çatıb – VIDEO

Gürcüstan Silahlı Qüvvələrinin Vaziani hərbi bazasında NATO-nun dəstəyi ilə keçirilən Logistika cavabdehləri kursu başa çatıb.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Kursun bağlanış mərasimi Gürcüstan Silahlı Qüvvələrinin IV mühəndis-mexanik briqadasında keçirilib. Norveç və Finlandiya mütəxəssisləri tərəfindən keçirilən kurs nəzəri və praktiki hissədən ibarət olub. iki həftəlik kursda Gürcüstan, Azərbaycan və Moldovadan Müdafiə nazirliklərinin nümayəndələri qaıtılıblar.

Kursa bitirən iştirakçılara buraxılış sertifikatları, Finlandiya və Norveçdən gələn müəllim heyətinə isə təşəkkür sertifikatları verilib.

Kursda iştirak edən hərbçilər NATO-nun logistika konsepsiyası və funksiyaları, əməliyyatlara logistik dəstək, çoxmillətli logistika üzrə əməliyyatlar və onun koordinasiyası barədə nəzəri və praktiki biliklər əldə ediblər.

Gürcüstanda ikinci dəfə baş tutan təlim NATO-Gürcüstan (SNGP) proqramı çərçivəsində həyata keçirilib. Təlimin məqsədi NATO logistikası və ondan istifadə barədə ətraflı məlumat vermək olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş