Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə dağ təlimi keçirilir

Gürcüstan Silahlı Qüvvələrinin Saçxere tədris mərkəzində Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə dağ təlim kursu keçirilir.

Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayının 21-də başlayan kursda hərbçilərə dağların süxurlarının tərkibi, mürəkkəbliyi, qayalardakı canlılar barədə nəzəri məlumatlar verilməklə yanaşı dağa dırmanma, yaralılara ilk yardım, evakuasiya və təhlükəsizlik qaydaları kimi praktiki tapşırıqlar yerinə yetiriləcək.

Dağ təlimində 5-i Gürcüstandan olmaqla ümumilikdə 19 hərbçi iştirak edir.

KATEQORIYA:
Bu xəbəri paylaş