Gürcüstanda dövlət çevrilişinə cəhd olub

Gürcüstanda dövlət çevrilişinə cəhd olub

Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

“Azeri Defence” saytının məlumatına görə,  bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilib.

Məlumatda bildirilib ki, bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Onlar bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı araşdırma aparır. Oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş