Gürcüstanın 28 sülhməramlısı Əfqanıstanda koronavirusa yoluxub

Gürcüstanın 28 sülhməramlısı Əfqanıstanda koronavirusa yoluxub

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Gürcüstan Ordusunun 28 sülhməramlısında koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

“AzeriDefence”nin “İnterpressnews.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 hərbi qulluqçu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyyarə ilə Bundesverin həkimlərinin müşayiəti altında Gürcüstana gətiriliblər.

“Qori Hərbi Xəstəxanasına köçürülən sülhməramlıların sağlamlıq durumu qənaətbəxşdir. Xəstəliyin simptomları isə, fəsadlar və şikayətlər olmadan davam edir. İnfeksiyanın mənbəyi yerli əfqan şəxsi heyətidir”, – deyə məlumatda bildirilib.

Müdafiə Nazirliyi koronavirusa yoluxmuş sülhməramlıların NATO qaydalarına uyğun olaraq təcrid edildiyini və digər gürcü hərbçiləri ilə əlaqə qurmadığını qeyd edib. Əfqanıstanda qalan digər hərbi qulluqçulara gəldikdə isə, profilaktik tədbirlər çərçivəsində 2 həftəlik karantindən keçəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş