Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

Dekabrın 2-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Gürcüstanın Müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş