Gürcüstanın yeni snayper tüfəngi – “Satevari” – FOTO

Gürcüstanın “Delta” Elmi-Texniki Mərkəzi “Satevari” (“Xəncər”) adlı yeni snayper tüfəngi hazırlayıb. “AzeriDefence”nin “Delta”ya istinadən verdiyi məlumata görə, modulyar dizayna malik tüfəng həm hərbi məqsədlər üçün, həm də idman yarışlarında istifadə edilə bilər.

Silahın müxtəlif çaplı, müxtəlif məqsədlər üçün nəzərdə tutulan 7 versiyası var.

.308 Winchester – atış mənzili 800 metr.
300 WM – atış mənzili 1000 metr.
300 Norma Magnum – atış mənzili 1400 metr.
.338 LM – atış mənzili 1200 metr.
.338 GBM – atış mənzili 1800 metr.
.375 GBM – atış mənzili 1800 metr.
.50 BMG – 2500 metr atış mənzilinə malik antimaterial tüfəng.

Tüfəngin qundağının arxa hissəsində təönzimlənən dayaq mövcuddur. Silah müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Istehsalçı müəssisənin məlumatına görə, silahın qundağı xüsusi erqonomik materialdan hazırlanıb ki, bu da geri təpmənin təsirini minimallaşdırır.

Tüfəng “bolt-action” prinsipinə əsaslanır. Atış dəqiqliyi 100 metr məsafə üçün 0.3 MOA-dır.

Silahın texniki göstəriciləri
.308 Win – ümumi uzunluğu 1160 mm, lüləsinin uzunluğu 600 mm, çəkisi 5.5 kq,
300 WM – ümumi uzunluğu 1220 mm, lüləsinin uzunluğu 660 mm, çəkisi 5.5 kq,
300 NM – ümumi uzunluğu 1220 mm, lüləsinin uzunluğu 660 mm, çəkisi 6 kq,
.338 LM – ümumi uzunluğu 1220 mm, lüləsinin uzunluğu 690 mm, çəkisi 6 kq,
.338 GBM – ümumi uzunluğu 1250 mm, lüləsinin uzunluğu 690 mm, çəkisi 6 kq,
.375 GBM – ümumi uzunluğu 1250 mm, lüləsinin uzunluğu 690 mm, çəkisi 8.5 kq
.50 BMG – ümumi uzunluğu 1300 mm, lüləsinin uzunluğu 730 mm, çəkisi 12 kq.

KATEQORIYA:
Bu xəbəri paylaş