Hərbçilərimiz erməni generalını “Harop”la vurdular

Hərbçilərimiz erməni generalını “Harop”la vurdular

Ermənistan Ordusunun Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arakel Martikyan bu gün məhv edilib.

Azeri Defence saytının məlumatına görə, general Martikyan cəbhənin xeyli gerisində Azərbaycan hərbçiləri tərəfindən “Harop” kamikadze PUA ilə vurulub.

Generalla bir yerdə olan iki yüksək rütbəli zabit də məhv edilib.

Azərbaycan Ordusunun Tovuz istiqamətində şəhid olan generalı Polad Həşimovun qisası alınıb.

Qeyd edək ki, Azərbaycan Ordusu dünən və bu gün kamikadze PUA-larla düşmənin çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edib.

Bir qədər əvvəl Ermənistan mətbuatı generalın hava zərbələri nəticəsində öldürüldüyünü təsdiqləyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş