Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələməyə görə cərimə və cəzalar tədbiq ediləcək

Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələməyə görə cərimə və cəzalar tədbiq ediləcək

Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələməyə görə cərimə və cəzalar müəyyənləşir.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 614.1-ci maddədə əksin tapıb.

Layihəyə əsasən, hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsinə görə 10 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Ancaq əməl mühüm zərər vurduqda Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

Layihəyə görə, silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda (min manatdan yuxarı olmayan məbləğdə) məhv etmə və ya zədələməyə görə isə 15 gündən 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş