Hərbi Akademiyada ingilis dili kursunun növbəti buraxılışı keçirilib

Hərbi Akademiyada ingilis dili kursunun növbəti buraxılışı keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer də kursu müvəffəqiyyətlə başa vuran iştirakçıları təbrik edib, hərbi qulluqçuların ingilis dilini öyrənməsində əməyi olan professor və müəllim heyyətinin müstəsna xidmətlərini qeyd edib.

Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş